“Qələbə qazana bilmədik, çünki bizə icazə verilmədi” – Vinisius

“Real”ın hücumçusu Vinisius Junior La Liqanın son turunda “Valensiya” ilə keçirilən oyunun (2:2) nəticəsini şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qol vurduğu üçün xoşbəxt olduğunu bildirib:

“Qələbə qazana bilmədik, çünki bizə icazə verilmədi. İki qol vurduğum üçün xoşbəxtəm. “Real”da tarix yazmağa davam etmək istəyirəm”.

Xatırladaq ki, matçın ikinci hissənin əlavə vaxtının 99-cu dəqiqəsində “Real”ın yarımmüdafiəçisi Çud Bellingem Brahim Diasın ötürməsindən qola imza atsa da, baş hakim Xesus Gil Mansano bunu hesaba almayaraq, oyunu bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button