“Vilyarreal”ın futbolçusundan Vinisiusa məsləhət: “Təxribatlara fikir vermə”

“Vilyarreal”ın yarımmüdafiəçisi Daniel Parexo “Real”ın hücumçusu Vinisius Junior haqqında fikirlərini bildirib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, braziliyalı futbolçuya azarkeşlərin təxribatlarına fikir verməməyi tövsiyə edib.

“Vinisius inanılmaz futbolçudur. O, parlaq və inanılmaz dərəcədə istedadlıdır. Amma o, oyuna tam diqqət yetirməli, təxribatlara fikir verməməlidir. Bununla məşğul olmağı öyrənməlisiz. “Real”da oynayanda, onlar həmişə səni birtəhər incitmək istəyirlər”.

Vinisius “Real”ın matçları zamanı mütəmadi olaraq irqçi təhqirlərə məruz qalır.

Vinisius cari mövsümdə 20 oyun keçirib, 12 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button