ÇL: “Bu oyun bizim parlaq mövsümümüzə yekun vuracaq”

“Real”ın hücumçusu Vinisius Junior Çempionlar Liqasının Dortmund “Borussiya”sı ilə final oyunu haqda fikirlərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, final oyununu qazanmaq istədiyini söyləyib:

“Fikirlərimiz qarşıdan gələn finala yönəlməlidir. Bu finaldan sonra daha birini, sonra başqasını qazanmaq istəyirəm. Komandamız bu qarşılaşmaya maksimum hazır olmalıdır. Bu oyun bizim parlaq mövsümümüzə yekun vuracaq”.

“Real” və “Borussiya” arasında Çempionlar Liqasının finalı iyunun 1-də, “Uembli” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button