
Vinisius üzr istədi
Braziliya millisinin hücumçusu Vinisius Junior DÇ-2026-nın 1/8 final mərhələsində Norveç yığmasına 1:2 hesabı ilə uduzaraq turnirlə vidalaşmalarından sonra fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu nəticənin onun üçün çox ağır olduğunu bildirib və azarkeşlərdən üzr istəyib:
“Belə nəticə ilə barışmaq çətindir. Bu oyunda özümü ən yaxşı tərəfdən göstərə bilmədim. Millimizi dəstəkləyən bütün azarkeşlərdən üzr istəyirəm. Təslim olmaq fikrində deyilik, irəliyə doğru addımlamağa davam edəcəyik. Braziliyanı yenidən dünya futbolunun zirvəsinə qaytarmaq üçün çox çalışmalıyıq”.
Braziliya millisi son 36 ildə ilk dəfə dünya çempionatında 1/4 final mərhələsinə yüksələ bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



