Hafiz Məmmədov barədə həbs qərarı verildi

Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Hafiz Məmmədovun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanıb.

Komanda.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmət məlumat yayıb.

Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib. Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Hafiz Məmmədov keçmiş “Bakı” klubunun prezidenti olub.