DÇ-2022: “…topu ən hündür oyunçularına atmağa başlayırlar” – Messi

Argentina millisi DÇ-2022-nin 1/4 finalında Niderland yığmasını məğlub edib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, argentinalı futbolçu Lionel Messi rəqibin baş məşqçisi (artıq istefa verib) Lui van Qalı hansı səbəbdən tənqid etdiyini açıqlayıb:

“Meydanda olduğumu zaman dərk etdiyimiz bir çox məqamlar var. Van Qal komandasının yaxşı futbol oynadığını deyir və müdafiə də edir. Sonra topu ən hündür oyunçularına atmağa başlayırlar”.

Penaltilər seriyası bitdikdən sonra Messi Niderland millisinin məşqçilər korpusuna yaxınlaşaraq, Lui van Qalla mübahisə edib.

Argentina yığması DÇ-2022-nin 1/4 finalında Niderlandı məğlub edərək (penaltilər – 4:3), yarımfinala vəsiqə qazanıb. Onların rəqibi Xorvatiya millisi olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button