“Real”ın futbolçusu “Liverpul”a keçə bilər

“Real”ın yarımmüdafiəçisi Federiko Valverde karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, “Liverpul” 24 yaşlı uruqvaylının xidmətində maraqlıdır. İngiltərə klubunun yay transfer pəncərəsinin son günlərində yarımmüdafiəçi üçün 100 milyon avro təklif etdiyi deyilir.

Valverde ötən mövsüm bütün turnirlərdə 46 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib. Bu mövsüm yarımmüdafiəçi 7 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button