Ukraynanın “Dinamo” klubunun baş məşqçisi Aleksandr Xaçkeviç vəzifəsindən ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə Kiyev təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Dinamo”nun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Belçika “Brügge”sini keçə bilməməsindən sonra baş məşqçi Xaçkeviç istefaya göndərilib.
Xaçkeviç 2017-ci ildən “Dinamo”nu çalışdırırdı.