Ukraynada futbol yarışları nə vaxt bərpa olunacaq? – Açıqlama

Ukrayna Futbol Assosiasiyasının rəhbəri Andrey Pavelko bildirib ki, ölkədə peşəkar futbol yarışları avqust ayında bərpa olunmalıdır.

Komanda.az “AP News”-a istinadən xəbər verir ki, federasiya rəhbəri bu barədə Ukrayna prezidenti Volodimir Zelenski ilə danışdığını deyib:

“Prezidentimiz Volodimir Zelenski ilə futbolun diqqəti yayındırmaq üçün nə qədər vacib olduğunu danışdım. Dedik ki, futbol insanlara gələcək haqqında düşünməyə kömək edəcək çox güclü gücə malikdir. Çünki hazırda insanların əhval-ruhiyyəsi əlbəttə ki, yaxşı deyil. İnsanlarımız ən pis əhval-ruhiyyədədirlər. Dedik ki, futbol bizə gələcək haqqında düşünməyə kömək edə bilər.

Beləliklə, prezidentlə qərara gəldik ki, avqustda Ukrayna çempionatını bərpa edək. Bütün səviyyələrdə yarışlar keçirəcəyik. Premyer Liqa, birinci və ikinci peşəkar divizionlar, eləcə də qadınlar arasında çempionat bərpa olunacaq”.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button