“O, tezliklə klubla olan müqaviləsini yeniləyəcək” – “Atletik”in prezidenti

“Atletik”in prezidenti Yon Uriarte komandanın vingeri Niko Uilyamsın klubdakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub prezidenti, ispaniyalı futbolçunun komandada qalacağına inanır:

“Biz Uilyamsın müqaviləsi ilə bağlı vəziyyətə sakit yanaşırıq. Düşünürəm ki, o, tezliklə klubla olan müqaviləsini yeniləyəcək. Biz onun uzun illər klubun bir hissəsi olacağına əmin olaraq, cəlbedici layihə yaratmaq istəyirik”.

Uilyamsın klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub. 21 yaşlı futbolçu bu mövsüm komandanın heyətində 7 oyunda iştirak edib və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button