“Azərbaycana və Macarıstana qalib gəlməliyik”

Uels yığmasının üzvü Eşli Uilyams açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi, AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla qarşılaşacaqları oyunlarla bağlı da fikirlərini bildirib:

“Mən hələ də millinin kapitanıyam. Yığmada oynamaq, komandaya kömək etmək istəyirəm. Klubumda yaxşı oynayıramsa, niyə də millidən kənarda qalım? Seçmə mərhələdə iki oyunumuz olacaq. Mən də tamamilə bu görüşlərə köklənmişəm. Hər şey çox sadədir. Son iki oyunda Azərbaycana və Macarıstana qalib gəlməliyik. İlk oyunumuz Azərbaycana qarşıdır. Bu oyun çox çətin olacaq. Ardınca Macarıstanla görüşəcəyik”.

Uels millisi noyabrın 16-da Bakıda Azərbaycanla, 19-da isə Kardiffdə Macarıstanla qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button