UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

Azərbaycanın UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatı və mövqeyi dəyişməyib.

Komanda.az xəbər verir ki, buna “Qarabağ”ın Fransada “Nant”a Avropa Liqasının qrup mərhələsinin 5-ci tur oyununda uduzması (1:2) səbəb olub.

Hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan Azərbaycan 15.875 xalla 29-cu pillədə qərarlaşıb. 28-ci yerdəki Polşanın 17,750, 30-cu olan Qazaxıstanın 12,625 xalı var.

Avrokuboklarda 5-ci tur matçlarından sonra Belçika (37,200) 8-ci, Türkiyə (28,700) 13-cü, Ukrayna (28,500) 15-ci, Macarıstan (20,625) 20-ci sıraya yüksəlib. Ermənistan (9, 875) isə geriləyərək 39-cu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button