UEFA Millətlər Liqasında ilk vida

Futbol üzrə UEFA Millətlər Liqasında mübarizə aparan İslandiya yığması bu mövsümün aşağı liqaya yuvarlanan ilk komandaya çevrilib.

Komanda.az xəbər verir ki, ötən gecə Belçikaya 1:2 hesabıyla uduzan şimallılar A liqasının 2-ci qrupunda sonuncu yeri rəsmiləşdirib.

Bu üzdən də islandlar A liqası ilə vidalaşıblar. Dörd oyundan sonra xalı olmayan İslandiya yığması növbəti mövsümdən B liqasında çıxış edəcək.

Xatırladaq ki, İslandiya yığması İngiltərəyə 0:1, Belçikaya 1:5 və 1:2, Danimarkaya isə 1:3 hesabıyla uduzub. 2-ci qrupda 9 xala malik Belçika birincidir. Danimarka və İngiltərə yığmalarının isə 7 xalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button