Fransa Xorvatiyaya, Portuqaliya İsveçə qalib gəldi, İngiltərə xal itirdi

Bu gün UEFA Millətlər Liqasında 2-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk turda doğma meydanda Macarıstana məğlub olan Türkiyə millisi bu dəfə Serbiya ilə səfərdə qarşılaşıb və yenə xal itirib. B Liqasının 3-cü qrupunun lideri olan Rusiya isə Macarıstanla üz-üzə gəlib və çətinliklə də olsa, qalib gəlib.

A Liqasının 4-cü qrupunda İsveçrə – Almaniya və İspaniya – Ukrayna görüşləri keçirilib. İsveçrədə heç-heçə qeydə alınıbsa, ispanlar doğma meydanda darmadağına seviniblər.

Dünən A Liqasının 1-ci qrupunda Niderland İtaliyanı qəbul edib və minimal hesabla uduzub. Qrupun digər oyununda Polşa millisi Bosniya və Herseqovinanın qonağı olub. Polşalılar bu oyundan qalib ayrılıblar. B Liqasının 2-ci qrupunda Çexiya Şotlandiyanı, İsrail Slovakiyanı qəbul edib. Çexiyada meydan sahibləri məğlubiyyətlə üzləşiblərsə, İsraildə heç-heçə qeydə alınıb.

C Liqasının 1-ci qrupunda yer alan Azərbaycan milli komandası növbəti oyununu bu gün keçirib. İlk turda Bakıda Lüksemburqa uduzan yığma bu dəfə səfərdə Cənubi Kiprin qonağı olub və minimal hesabla üstün olub. Qrupun digər oyununda isə Lüksemburq doğma meydanda Monteneqronu qəbul edib və minimal hesabla uduzub.

A Liqasında Fransa Xorvatiyayla, Portuqaliya isə İsveçlə üz-üzə gəlib. Fransızlar evdə, portuqallar səfərdə inamlı qələbəyə seviniblər.

UEFA Millətlər Liqası, 2-ci tur

6 sentyabr

B Liqası, 4-cü qrup

Uels – Bolqarıstan 1:0
Qol
: Uilyams, 90+4.

İrlandiya – Finlandiya 0:1
Qol
: Yensen, 64.

D Liqası, 1-ci qrup

Andorra – Farer adaları 0:1
Qol
: K.Olsen, 31.

Malta – Latviya 1:1
Qol
: Nvoko, 15 – Gillamye, 25.

B Liqası, 3-cü qrup

Macarıstan – Rusiya 2:3
Qol
: Sallai, 62. Nikoliks, 70 – Mirançuk, 15. Ozdoyev, 34. Fernandes, 46.

Serbiya – Türkiyə 0:0

C Liqası, 3-cü qrup

Sloveniya – Moldova 1:0
Qol
: Bohar, 28.

Kosovo – Yunanıstan 1:2
Qol
: Berişa, 82 – Limnios, 2. Siovas, 51.

A Liqası, 4-cü qrup

İspaniya – Ukrayna 4:0
Qol
: S.Ramos, 3-pen; 29. Fati, 32. Torres, 84.

İsveçrə – Almaniya 1:1
Qol
: Vidmer, 58 – İ.Gündoğan, 14.

7 sentyabr

C Liqası, 4-cü qrup

Qazaxıstan – Belarus 1:2
Qol
: Aymbetov, 62 – Bordaçev, 53. Lisakoviç, 86.

Albaniya – Litva 0:1
Qol:
Kazlauskas, 53.

A Liqası, 1-ci qrup

Niderland – İtaliya 0:1
Qol
: Barella, 45+1.

Bosniya və Herseqovina – Polşa 1:2
Qol
: Hayradinoviç, 24 – Qlik, 45. Qrosiçki, 67.

B Liqası, 1-ci qrup

Avstriya – Rumıniya 2:3
Qol
: Baumqartner, 17. Onisivo, 81 – Alibek, 3. Qriqore, 51. Maksim, 70.

Şimali İrlandiya – Norveç 1:5
Qol
: Makneyr, 6 – M.Elyunussi, 2. Haland, 7; 58. Sorlot, 19; 47.

B Liqası, 2-ci qrup

Çexiya – Şotlandiya 1:2
Qol
: Pesek, 12 – Daykes, 27. Kristie, 52-pen.

İsrail – Slovakiya 1:1
Qol
: Elmkies, 90+1 – Duris, 14.

8 sentyabr

C Liqası, 2-ci qrup

Gürcüstan – Şimali Makedoniya 1:1
Qol
: Okriaşvili, 13-pen – Ristovski, 33.

Ermənistan – Estoniya 2:0
Qol: Karapetyan, 43. Anqulo, 65.

A Liqası, 2-ci qrup

Belçika – İslandiya 5:1
Qol
: Vitsel, 13. Batşuayi, 17; 69. Mertens, 50. Doku, 80 – Fridyonsson, 11.

Danimarka – İngiltərə 0:0

A Liqası, 3-cü qrup

Fransa – Xorvatiya 4:2
Qol
: Qrizmann, 43. Livakoviç, 45+1-öz qapısına. Upamekano, 65. Jiru, 77-pen – Lovren, 17. Brekalo, 55.

İsveç – Portuqaliya 0:2
Qol
: Ronaldo, 45+1; 72-pen.

C Liqası, 1-ci qrup

Cənubi Kipr – Azərbaycan 0:1
Qol
: M.Medvedev, 29.

Lüksemburq – Monteneqro 0:1
Qol: Beqiray, 90+3-pen.

D Liqası, 2-ci qrup

San-Marino – Lixtenşteyn 0:2
Qol
: Hasler, 3. Frik, 14.

Bombardir: Erlinq Haland (Norveç) – 3 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button