UEFA İbrahimoviçlə bağlı araşdırmalara başladı

UEFA mərc şirkəti ilə əməkdaşlıq etdiyi iddia olunan Zlatan İbrahimoviçlə bağlı araşdırmaya başlayıb.

Komanda.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Araşdırmaların aparılması üçün UEFA-dan müfəttiş təyin edilib.

İbrahimoviçin 2018-ci ildən özünə məxsus “Unknown AB” şirkəti vasitəsilə “Bethard” bukmeker kontorunun səhmlərinin 10 faizinə yiyələndiyi bildirilir.

İbrahimoviçin mərc şirkətinə şərik olması iddiasının təsdiqlənəcəyi halda, onun 3 illik futboldan diskvalifikasiya olunacağı və 98 min avrodan çox cərimələnəcəyi bildirilir.

FİFA və UEFA-nın qaydalarına görə futbolçular mərc şirkətləri ilə əməkdaşlıq edə bilməzlər.