UEFA Avropa çempionatının oyunlarını İsraildən aldı

UEFA 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində İsraildə keçirilməsi nəzərdə tutulan 12-ci qrupun oyunlarını təxirə salıb.

Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. İsraildə oktyabr ayı üçün altı oyun planlaşdırılıb: Belçika – Cəbəllütariq, Uels – İsrail (11 oktyabr), Belçika – Uels, İsrail – Cəbəllütariq (14 oktyabr), İsrail – Belçika, Cəbəllütariq – Uels (17 oktyabr).

UEFA matçların yeni tarixini və məkanlarını hələ açıqlamayıb.

Oktyabrın 7-də HƏMAS İsrailə hücum edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button