UEFA futzal yarışları ilə bağlı qərarlarını açıqladı
Bu gün UEFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.
Komanda.az xəbər verir ki, futzal yarışları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
- Dünya çempionatının pley-off oyunları bu il noyabrın 2-dən 11-dək keçirilsin;
- AÇ-2022-nin ilkin seçmə mərhələsinin pley-off oyunları bu il noyabrın 2-dən 11-dək keçirilsin;
- AÇ-2022-nin əsas qrup mərhələsinin oyunları bu il dekabrın 6-dan gələn il aprelin 14-dək, pley-off qarşılaşmaları isə gələn il noyabrın 14-dən 17-dək keçirilsin;
- Qadınlardan ibarət milli komandaların iştirakı ilə AÇ-2022-nin ilkin mərhələsinin görüşləri gələn il mayın 4-dən 9-dək, əsas mərhələsinin oyunları oktyabrın 19-dan 24-dək, final mərhələsinin qarşılaşmaları isə 2022-ci il martın 24-dən 27-dək keçirilsin;
- 19 yaşadək futzalçılardan ibarət milli komandaların iştirakı ilə Avropa çempionatının final mərhələsinin oyunları gələn il noyabrın 1-dən 7-dək keçirilsin;
- UEFA Çempionlar Liqasının “Dördlər finalı” bu il oktyabrın 8-dən 11-dək Barselonadakı “Palau Blaugrana”da keçirilsin (“Barsa” (İspaniya) – KPRF (Rusiya), “Mursia” (İspaniya)– “Tümen” (Rusiya); Bu turnirin gələn ilin aprelində keçiriləcək “Dördlər finalı” isə “Minsk Arena”da təşkil edilsin.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin