UEFA-dan Fransa klubuna sərt cəza

UEFA Fransanın “Olimpik” (Marsel) klubunu cəzalandırıb.

Komanda.az xəbər verir ki, bu barədə qitənin ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Buna Liqa 1 təmsilçisinin maliyyə feyr-pley qaydaları ilə bağlı anlaşmanı pozması səbəb olub. Klubu 3 milyon avro məbləğində cərimələyən UEFA, 2020/21 və 2021/22 mövsümlərində avrokuboklardan gələn gəlirlərin 15 faizini müsadirə edəcək.

Bundan əlavə, Marsel təmsilçisi qarşıdakı 3 mövsümdə UEFA-nın bayrağı altında keçiriləcək oyunlarda maksimum 23 futbolçu sifariş edə biləcək.

Qeyd edək ki, klubun UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti vermək hüququ var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button