ÇL: Həftənin ən yaxşısı adına namizədlər açıqlandı

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, ən yaxşı adına “Mançester Siti”dən Kevin de Bruyne, “Real”dan Kərim Benzema, “Çelsi”dən Nqolo Kante və PSJ-dən Anxel Di Mariya namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.