Çempionlar Liqası: Mövqelər üzrə ötən mövsümün ən yaxşı futbolçusu adına namizədlər

UEFA Çempionlar Liqasında mövqelər üzrə ötən mövsümün ən yaxşısı adına namizədlərin yeni siyahısı açıqlanıb.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, “Barselona”dan ayrılaraq PSJ-yə keçən Lionel Messi ilə “Yuventus”un hücumçusu Kriştiano Ronaldo namizədlər arasında yer almayıb.

Çempionlar Liqasının qalibi “Çelsi”dən 5 futbolçu ən yaxşı adına namizədlər arasındadır.

Qapıçılar: Tibo Kurtua (“Real”, İspaniya), Ederson (“Mançester Siti”, İngiltərə), Eduar Mendi (“Çelsi”, İngiltərə);

Müdafiəçilər: Sesar Aspilikueta, Antonio Rüdiger (hər ikisi “Çelsi”, İngiltərə), Ruben Dias (“Mançester Siti”, İngiltərə);

Yarımmüdafiəçilər: Kevin de Bruyne (“Mançester Siti”, İngiltərə), Jorjinyo, Nqolo Kante (hər ikisi “Çelsi”, İngiltərə);

Hücumçular: Erlinq Haland (“Borussiya” Dortmund, Almaniya), Robert Levandovski (“Bavariya”, Almaniya), Killian Mbappe (PSJ, Fransa).

Ən yaxşı oyunçuların adları avqustun 26-da, qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button