UEFA azarkeşlərlə bağlı məhdudiyyəti ləğv etdi

UEFA koronavirus pandemiyası dövründə öz bayrağı altında keçirilən yarışlarda azarkeşlərin stadionlara buraxılması ilə bağlı məhdudiyyəti ləğv edib.

Komanda.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun İcraiyyə Komitəsinin bu gün baş tutan iclasında qərar qəbul olunub.

Tamaşaçıların futzal matçlarına gəlməsinə qoyulan qadağa da aradan qaldırılıb. Qərar bu ilin iyununda qüvvəyə minəcək.

Yeni qaydalara əsasən, görüşlərdə azarkeş sayı barədə qərar yerli hökumət tərəfindən qəbul olunacaq.

Qeyd edək ki, UEFA ötən ilin oktyabrında stadionlarda maksimum tamaşaçı sayının arenanın ümumi tutumunun 30 faizi həcmində olmasına qərar vermişdi. Amma əksər ölkələrdə ümumiyyətlə arenalara azarkeş buraxılmırdı və matçlar boş tribunalar qarşısında keçirilirdi.