UEFA-dan Azərbaycan klublarına növbəti ödəniş

UEFA Azərbaycan klublarına növbəti dəfə ödəniş edib.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Azərbaycan Premyer Liqasında çıxış edən, lakin UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsində iştirak etməyən klubların hesabına 2019/20-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində UEFA-dan ayrılan əlavə maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb:

Neftçi – 74 633.71 avro
Səbail – 74 633.71 avro
Qəbələ – 74 633.71 avro
Zirə – 74 633.71 avro
Sumqayıt -74 633.71 avro
Sabah – 74 633.71 avro
Keşlə – 74 633.71 avro

Qeyd: “Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait aylıq cari xərcləri ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button