Avropa Liqası: Yarımfinalın təyinatları bilindi

UEFA Avropa Liqasının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Roma” (İtaliya) – “Mançester Yunayted” və “Arsenal” (İngiltərə) – “Vilyarreal” (İspaniya) matçlarının təyinatları açıqlanıb.

Komanda.az xəbər verir ki, İtaliyada keçiriləcək “Roma” – “Mançester Yunayted” matçını Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Feliks Brix olacaq. Ona yan xətt hakimləri Mark Borş və Ştefan Lupp kömək edəcəklər. Dördüncü hakim funksiyasını Feliks Zvayer yerinə yetirəcək. VAR hakimi Marko Frits və Saşa Stegemann olacaq.

İngiltərədə keçiriləcək “Arsenal” – “Vilyarreal” matçını Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Slavko Vinçiç olacaq. Ona yan xətt hakimləri Tomaj Klaçnik və Andraj Kovaçiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Matey Yoq yerinə yetirəcək. VAR hakimi Bastian Dankert və Pavel Gil (hər ikisi Polşa) olacaq.

Hər iki matç sabah saat 23:00-da keçiriləcək. Komandalar arasında baş tutan ilk oyunlarda “Mançester Yunayted” 6:2, “Vilyarreal” isə 2:1 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button