UEFA-dan avrokuboklarla bağlı növbəti açıqlama

UEFA avrokuboklarda mövsümün başa çatdırılmasıyla bağlı hələ qərar qəbul etməyib.

Komanda.az xəbər verir ki, bu barədə TASS agentliyinə UEFA-nın mətbuat xidmətindən məlumat verilib:

“Çempionlar Liqasında mövsümün başa çatdırılması üçün müxtəlif variantlar nəzərdən keçirilir. Bu günə qədər hələ heç bir qərar verilməyib”.

Avrokuboklarla bağlı yekun qərar iyunun 17-də, UEFA İcraiyyə Komitəsinin iclasında veriləcək.