UEFA AFFA-ya 4 həftə vaxt verdi

UEFA koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan milli çempionatların bərpası üçün müzakirələri davam etdirir.

Komanda.az xəbər verir ki, qurum milli federasiyalara növbəti mövsüm avrokuboklarda iştirak edəcək komandaları müəyyən etmək üçün 4 həftə vaxt verib.

Məlumata görə, UEFA mövsümü tamamlamaq istəməyən ölkələrə mayın 25-nə qədər növbəti mövsüm avrokuboklarda iştirak edəcək komandaların adlarını təqdim etmələrini istəyib. Artıq qitənin ali futbol qurumunun prezidenti Aleksander Çeferin bununla bağlı federasiyalara məktub da göndərib. Mövsümü davam etmək istəyən federasiyalara isə həmin tarixə qədər oyunların təqvimini hazırlamaq, bununla bağlı dəqiq planlarını UEFA-ya təqdim etmək tapşırılıb.

Qeyd edək ki, hazırda əksər ölkələr çempionatı davam etdirməyə hazırlaşır. Hələlik yalnız Niderlandda mövsümün yarımçıq dayandırıldığı rəsmən elan edilib. Bu ölkədə avrokuboklara vəsiqə Erediviziyadakı mövcud sıralamaya əsasən bölüşdürüləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button