“Udineze”dən məşqlərin başlamasına etiraz

İtaliyanın “Udineze” klubu koronavirus pandemiyası səbəbiylə dayandırdığı məşqlərə başlamaqdan imtina edib.

Komanda.az xəbər verir ki, İtaliya hökuməti mayın 4-dən etibarən klublara fərdi məşqlərə icazə versə də, “Udineze” çalışmalara başlamaqdan imtina edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klub, müvafiq tibbi protokollar müəyyənləşənə və növbəti qərar açıqlanana qədər məşqlərə başlamaqdan imtina etdiyini bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button