U-11 Liqasında çempion müəyyənləşdi

AFFA-nın təşkil etdiyi U-11 Liqasının 2018/19-cu il mövsümünə yekun vurulub.

Komanda.az xəbər verir ki, “ASCO Arena”da keçirilən final oyununda “Sabah” komandasını 1:0 hesabı ilə məğlub edən “Keşlə” 2018/19 mövsümünün qalibi olub. Mövsümü 3-cü pillədə başa vuran “Zirə” bürünc medallara sahib olub.

Final qarşılaşmasından sonra mövsümü ilk üç pillədə tamamlayan komandalara diplom və medallar təqdim olunub. Mükafatları AFFA-nın Məşqçilər Komitəsinin üzvü, futbol veteranı Yaşar Vahabzadə, Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə, Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyev təqdim edib.

“Feyr pley” mükafatı “Sabah”ın üzvü İslam Həsənova təqdim olunub. Ən yaxşı qapıçı Elbrus Kərimov (“Keşlə”), ən yaxşı oyunçu adına isə Tariyel Farzalı (“Sabah”) layiq görülüb. “Neftçi”nin üzvü Vüsal Kərimov 87 qolla mövsümün ən məhsuldar oyunçu olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button