Tuxel: “Neymar kapitanlıq xüsusiyyətlərinə sahib deyil”

PSJ-nin baş məşqçisi Tomas Tuxel Neymarın kapitan olmaq ehtimalı ilə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis, braziliyalı futbolçuya kapitanlıq sarğısını verməyəcəyini deyib:

“Hazırda komandamızda iki kapitan var və onları dəyişdirməyi düşünmürük. Məncə, Neymar kapitanlıq xüsusiyyətlərinə sahib deyil. O, bir lider və yaradıcı futbolçudur, amma kapitan deyil.

Niyə hər kəsin kapitanlıq haqqında danışdığını başa düşmürəm. Bu, Tyaqo Silva və Markinyosa haqsızlıqdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button