Tuxel: “Biz narahat deyilik”

“Bayern”in baş məşqçisi Tomas Tuxel klubun vacib matçlardakı təzadlı çıxışını şərh edib.

Komanda.az Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi, komandanın ruhdan düşmədiyini və müsbət nəticələrə yönəldiyini bildirib:

“Biz narahat deyilik. Hər şeyi təhlil edirik və futbolçularla müzakirə edəcəyimiz nəticələr çıxarırıq. Biz daha yaxşı bir plan hazırlamağa və onun üstündə daha çox işləməyə çalışırıq. Müsbət cəhətlərə sadiq qalırıq”.

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Bayern” səfərdə “Kopenhagen”lə qarşılaşacaq.

Almaniya çempionatında altı turdan sonra “Bayern” 14 xalla üçüncü pillədə qərarlaşıb. “Bayer” liderdir (16 xal).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button