Tuxelin “Bayern”də qalmaq üçün tələbi var
“Bayern”in baş məşqçisi Tomas Tuxel gələn mövsüm də klubda qala bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər danışıqlar aparıb və bu danışıqlar zamanı Münhen klubunun rəhbərliyi alman mütəxəssisi saxlamaq istədiyini açıqlayıb. Tuxel də öz növbəsində yeni müqavilə tələbini irəli sürüb. 50 yaşlı məşqçi “Bayern”də yeni müqavilənin ən azı 2026-cı ilin ortalarına qədər davam edəcəyi təqdirdə qalmağa hazırdır.
“Bayern” uzun müddətdən sonra ilk dəfə bu mövsümü kuboksuz başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin