“Mərhələni keçməyə çalışacağıq” – Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matç belə şərh edib:

“Maraqlı oyun alındı. Hər iki komanda qalib gəlmək istəyirdi. Birinci hissəyə yaxşı başlasaq da, qol buraxdıq. Lakin qısa müddətdə toparlana bildik. Zədələrə görə planlarımızı dəyişməli olduq. İkinci hissədə oyuna nəzarəti əlimizə aldıq, fürsətlərdən istifadə etdik. Artıq “Neftçi” ilə oyuna hazırlaşacağıq. Daha sonra isə cavab oyununa hazırlaşıb, mərhələni keçməyə çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button