“Futbolçu kimi ayrılıram, amma başqa rolda geri dönəcəm” – Silva

UEFA Çempionlar Liqasının final matçında “Bavariya”ya 0:1 hesabı ilə məğlub olan PSJ-nin müdafiəçisi Tyaqo Silva açıqlama verib.

Komanda.az xəbər verir ki, Paris klubunun heyətində son oyununu keçirən 35 yaşlı futbolçu, matçla və ayrılığı ilə bağlı danışıb:

“Bu, PSJ-dəki son oyunum oldu. Nəticəyə görə məyusam. Turniri istədiyimiz şəkildə bitirə bilmədik. Azarkeşlərdən üzr istəyirəm və dəstəkləri üçün təşəkkür edirəm. Komandamla fəxr edirəm, klub üçün böyük addım atdıq. Pozitiv düşünməyə məcburuq.

Futbolçu kimi ayrılıram, amma başqa rolda geri dönəcəm. Daha 3-4 il futbol oynamaq və Qətərdəki dünya çempionatında iştirak etmək istəyirəm. Artıq burda olmayacam, amma komandanın ən yaxşı dəstəkçisi olacam. Burda keçirdiyim möhtəşəm anlara görə çox xoşbəxtəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button