Super Liqanın bombardirində koronavirus aşkarlandı

Türkiyənin “Hatayspor” klubunun və Qabon milli komandasının üzvü Aaron Bupendzada koronavirus aşkarlanıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı hücumçunun millinin düşərgəsində verdiyi koronavirus testinin nəticəsi müsbət olub. Bupendza Qabon yığmasının Anqola ilə matçının heyətindən çıxarılıb.

2020-ci ilin avqustundan “Hatayspor”da çıxış edən Bupendza, bu mövsüm Super Liqada 18 qolla bombardirdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button