“Milan”dan “Fənərbaxça”ya doğru

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Milan”dan Dieqo Laksaltı transfer etməyə yaxındır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Fənərbaxça”nın uruqvaylı yarımmüdafiəçi ilə razılaşdığı, son qərarı isə “Milan”ın verəcəyi bildirilir.

Laksaltla “Fənərbaxça” ilə yanaşı, “Fiorentina” və “Parma” da yaxından maraqlanır.

2018-ci ildən “Milan”da çıxış edən 26 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir. Laksalt Uruqvay millisinin də üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button