Türkiyədə daha dörd hakim koronavirusa yoluxdu

Futbol üzrə Türkiyə çempionatının oyunlarını idarə edən hakimlər növbəti dəfə koronavirus testindən keçiblər.

Komanda.az xəbər verir ki, testlər nəticəsində 4 hakimdə koronavirus aşkarlanıb.

Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Virusa yoluxan hakimlərin simptom göstərmədiyi və karantinə alındıqları diqqətə çatdırılıb. Adları açıqlanmayan referilə 14 gün ərzində karantində qalacaqlar.

Yeri gəlmişkən qeyd edək ki, son Türkiyə çempionu “Başakşəhər”də də bir futbolçunun koronavirusa yoluxduğu müəyyənləşib. Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib. Həmin futbolçunun adı açıqlanmır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button