Türkiyə klubu Modriçi “qaralayıb”

“Real”ın yarımmüdafiəçisi Luka Modriç karyerasını Türkiyədə davam etdirmək imkanına malikdir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, gələn mövsüm Super Liqada çıxış edəcək “Eyüpspor” xorvatiyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

İndi komanda Türkiyənin birinci liqasında inamla liderlik edir.

Modriçlə “Real” arasında mövcud müqavilə 2024-cü ilin iyun ayının sonunda başa çatır. Yarımmüdafiəçi 2012-ci ilin avqustundan “kral klubu”nda çıxış edir.

Xorvatiyalı futbolçu bu mövsüm La Liqada 25 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button