Super Liqa klubunun 2 futbolçusunda koronavirus aşkarlandı

Türkiyənin “Yeni Malatyaspor” klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Virusa yoluxan futbolçuların adları açıqlanmayıb və onlar karantinə alınıblar.

“Yeni Malatyaspor” Super Liqada 15-ci sıradadır.