Super Liqa klubunun üzvündə koronavirusun Britaniya ştammı aşkarlandı

Türkiyənin “Ankaragücü” klubunun bir üzvündə koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, klubun bir işçisinin koronavirus testinin müsbət çıxdığı bildirilib. İşçidə koronavirusun mutasiyaya uğrayan yeni Britaniya ştammı aşkar edilib.