“Tottenhem” və PSJ-nin sabiq futbolçusu “Adana Dəmirspor”da – rəsmi

Türkiyənin “Adana Dəmirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi fransalı yarımmüdafiəçi Benjamin Stambulini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Stambuli daha əvvəl İngiltərədə “Tottenhem”, Fransada “Monpelye” və PSJ kimi klublarda çıxış edib. Futbolçunun son ünvanı Almaniya “Şalke”si olub.