İstanbul derbisinin vaxtı açıqlandı

Türkiyə Super Liqasının 24-cü turu çərçivəsində keçiriləcək “Fənərbaxça” – “Qalatasaray” oyununun vaxtı müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu barədə yerli futbol federasiyası məlumat yayıb.

Fevralın 6-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.