Türkiyə klubunda baş məşqçi istefası

Türkiyənin “Gənclərbirliyi” klubunun baş məşqçisi Mustafa Kaplan istefa verib.

Komanda.az xəbər verir ki, o, Super Liqanın 22-ci turu çərçivəsində “Antalyaspor”a qarşı keçirdikləri oyundan sonra postundan ayrılmağa qərar verdiyini bəyan edib.

Matc Kaplanın komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Oyundan danışmaq istəmədiyini bildirən 53 yaşlı mütəxəssis istefa qərarını rəhbərliklə müzakirə edəcəyini, amma qərarının dəyişməz olduğunu bildirib.

Mustafa Kaplan ötən ilin noyabrından “Gənclərbirliyi”ni çalışdırırdı. Onun rəhbərlik etdiyi kollektiv Super Liqada geridə qalan 21 tur ərzində 19 xal toplayıb və 21 kollektiv arasında 19-cu sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button