“Turan Tovuz”un qış hazırlıq planı açıqlanıb

“Turan Tovuz” qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək.

Komanda.az Premyer Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda 2023-cü il yanvarın 7-də Bakıda bir araya gələrək Antalyaya yola düşəcək.

Əcnəbi futbolçular kollektivə həmin gün qonşu ölkədə qoşulacaqlar. Baş məşqçi Ayxan Abbasov yanvarın 18-dək təşkil olunacaq toplanışda yetirmələrini 3 yoxlama görüşündə sınamağı planlaşdırır. Rəqiblərin adları və matçların keçirilmə tarixi hələ ki, məlum deyil.

Premyer Liqanın 16 turunda 16 xal toplayan “Turan Tovuz” turnir cədvəlinin 6-cı pilləsində yer alıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button