“Turan Tovuz”a qarşı oynamayacaq – Ailə vəziyyətinə görə

Ölkə kubokunun 1/4 finalında “Turan Tovuz”la qarşılaşcaq “Kəpəz” oyuna itkilərlə çıxacaq.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın aparıcı oyunçularından olan Tural Rzayev ailə vəziyyəti ilə bağlı heyətdən kənarda qalıb.

Zamiq Əliyev isə zədəli olduğu üçün bugünkü matçı buraxacaq.

Bu gün Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Turan Tovuz” matçı saat 14:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button