“Qarabağ” “Səbail”ə məğlub oldu

Bu gün futbol üzrə Azərbaycan 1-ci divizionunda 4-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Sumqayıt-2” – MOİK matçında qapılara qol vurulmayıb. İtkisiz irəliləyən “Turan Tovuz” bu dəfə “Kəpəz” üzərində inamlı qələbəyə sevinib. “Ağsu” isə “Neftçi-2” ilə ev oyununda darmadağına üzülüb.

Bu gün daha üç görüş baş tutub. “Sabah”ın əvəzediciləri “Qaradağ Lökbatan”la ev oyunundan inamlı qələbə ilə ayrılıblar. “Zirə”nin əvəzedici komandası səfərdə “Zaqatala”nı minimal hesabla üstələyib. Beş qolun qeydə alındığı “Qarabağ-2” – “Səbail-2” görüşündə isə Ağdam klubunun əvəzediciləri əlavə vaxtda buraxdığı iki qolla məğlub olub.

Birinci divizion, 4-cü tur

19 sentyabr

Sumqayıt-2 – MOİK 0:0
Hakimlər
: Rövşən Rəcəbov, Cavanşir Yusifov, Elmin Süleymanov, Rauf Allahverdiyev.
“Sumqayıt Arena” (ehtiyat meydança).

Turan Tovuz – Kəpəz 2:0
Qol
: Sənan Qocayev, 61. Elçin Qasımov, 66.
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Səbuhi Soltanov, Kamranbəy Rəhimov.
Tovuz şəhər stadionu.

Ağsu – Neftçi-2 0:3
Qol
: Seymur Əliyev, 12. Melih Mehmet Ali Serin, 22. Əlibəy Məmmədli, 35.
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Cahangir Yusifzadə.
Ağsu şəhər stadionu.

20 sentyabr

Sabah-2 – Qaradağ Lökbatan 2:0
Qol: Balamirzə Soltanov, 45+1. Cavid Nəcizadə, 90+6.
Hakimlər
: Etibar Həsənov, Teymur Teymurov, Elxan Əsgərzadə, Vüqar Həsənli.
Binə qəsəbə stadionu.

Qarabağ-2 – Səbail-2 2:3
Qol: Musa Qurbanlı, 48. Toral Bayramov, 52 – Bahadur Həziyev, 59-pen. Vidadi Cəfərov, 90+2. Xəlil Bəşirov, 90+5.
Hakimlər
: Fərid Hacıyev, Elşad Abdullayev, Rəhman İmami, Nicat İsmayıllı.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança).

Zaqatala – Zirə-2 0:1
Qol: Seyxan Fərəcov, 85.
Hakimlər
: Orxan Məmmədov, Rza Məmmədov, Namiq Hüseynov, Kamranbəy Rəhimov.
Zaqatala şəhər stadionu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button