Ançelotti: “Transferlərə ehtiyacımız yoxdur”

“Real”ın baş məşqçisi Karlo Ançelotti qış transfer pəncərəsi haqda danışıb.

Komanda.az “Goal” nəşrinə istinadən xəbər verir ki, o, “kral klubu”nun yeni transferlərə ehtiyac duymadığını deyib:

“Klub futboluna qayıtdığımız üçün xoşbəxtik. Kərim Benzema bizimlədir və o, bizim üçün çox vacib oyunçudur. Təqvim qarşımıza çox ciddi tələblər qoyur. Mart ayına qədər çoxlu oyunlar olacaq.

Hər bir futbolçunu ayrı-ayrılıqda qiymətləndirəcəyik. Kimin istirahətə, kimin oynamağa ehtiyacı olduğunu müəyyənləşdirəcəyik. Transferlərə ehtiyacımız yoxdur. Düşünürəm ki, biz yaxşı vəziyyətdəyik”.

“Real” İspaniya La Liqasının turnir cədvəlində 35 xalla ikinci yerdədir. Madrid komandası yalnız “Barselona”dan 2 xal geri qalır.

Paytaxt təmsilçisi 15-ci turda “Valyadolid”lə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button