Transferlərə ən çox pul xərcləyən baş məşqçilər – SİYAHI

Baş məşqçilərin transferlərə xərclədikləri məbləğlərə görə siyahı tərtib edilib.

Komanda.az “transfermarkt” portalına istinadən xəbər verir ki, siyahının lideri hazırda “Mançester Siti”yə rəhbərlik edən, əvvəllər “Barselona” və “Bayern”də çalışmış ispaniyalı mütəxəssis Pep Qvardioladır. O, indiyədək transferlərə 2 milyard avrodan çox pul xərcləyib:

Transfer xərclərinə görə baş məşqçilərin siyahısı:

Pep Qvardiola: 2,04 milyard avroya 78 transfer;
Joze Mourinyo: 1,86 milyard avroya 118 transfer;
Karlo Ançelotti: 1,62 milyard avroya 95 transfer;
Massimiliano Alleqri: 1,4 milyard avroya 113 transfer;
Dieqo Simeone: 1,21 milyard avroya 82 transfer;
Manuel Pelleqrini: 1,2 milyard avroya 96 transfer;
Tomas Tuxel: 1,19 milyard avroya 71 transfer;
Antonio Konte: 1,17 milyard avroya 93 transfer;
Maurisio Poçettino: 1,15 milyard avroya 57 transfer;
Yurgen Klopp: 1,13 milyard avroya 85 transfer

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button