“Transfer etməməyimizin əziyyətini çəkəcəyik” – Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 19-cu turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçı belə şərh edib:

“Gərgin və çətin oyun idi. İlk oyun, Qəbələ səfəri…. Bura tez adaptasiya olmaq olmur. Əsas odur ki, yaxşı nəticə ilə qayıdırıq. Bu qələbə qarşıdakı matçlarımıza da təsir edəcək. Motivasiyanın yaxşı olması vacibdir. Qələbə bizə stimul verir. Yeni stadionumuzda azarkeşlərimizin daha çox olacağına inanıram. Futbolçulara təşəkkür edirəm.

Abu Dossonu dəyişməyimin səbəbi oyunu idi. Onun daha ürəkli olmasını istəyirdim. Düşünürdüm ki, qarşısındakı oyunçudan daha üstün olar. Bütün futbolçular meydanda ürəyini qoymalıdır. Asan oyunlar olmayacaq. Özünüz görürsüz ki, çempionat necə gərgin keçir. İntizamı qorumaq önəmli idi. Futbolçular da bunu düzgün etdilər.

Transfer etməməyimizin əziyyətini çəkəcəyik. Aşağı pillərələrə düşsək, səbəbi sırf transfer etməməyimiz olacaq. Bu gün sistemi dəyişməyimin səbəbi də sırf heyətlə bağlıdır. Danışıq apardığımız oyunçular var. Amma hələ ki, onları gətirə bilməmişik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button