Tramp: “Bu, əla final idi”

ABŞ prezidenti Donald Tramp 2026-cı il dünya çempionatının finalında İspaniya millisinin Argentina yığması üzərində qazandığı qələbəyə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp hər iki komandanın uğurlu çıxış etdiyini vurğulasa da, İspaniyanın oyunda üstün təsir bağışladığını bildirib:

“İspaniya millisi daha yaxşı idi, amma hər iki komanda turnirdə yaxşı çıxış etdi. Onlar finala qədər irəliləməyi bacardılar. Belə təəssürat yarandı ki, İspaniya oyuna nəzarət edirdi, amma qarşılaşma çox gərgin keçdi. Bu, əla final idi”.

İspaniya millisi dünya çempionatının həlledici görüşündə Ferran Torresin əlavə vaxtda vurduğu qol sayəsində Argentinanı 1:0 hesabı ilə məğlub edib. Bu, İspaniya millisinin dünya çempionatları tarixində ikinci çempionluğu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button