“Traktor” səfərdən xalsız döndü

Futbol üzrə İran çempionatında 10-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu səfərdə “İstiqlal”la qarşılaşıb və 0:2 hesablı məğlubiyyətə üzülüb.

Hazırda 15 xalı olan təbrizlilər 4-cü pillədə qərarlaşıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button