“Traktor” səfərdən xalsız döndü

Futbol üzrə İran çempionatında 14-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu səfərdə “Nassaji Mazandaran”la qarşılaşıb. “Traktorçular” bu oyundan məğlubiyyətlə ayrılıblar – 0:2.

“Traktor” 14 turdan sonra 19 xalla 16 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button